AFFA "Qarabağ"ın cəzasını ləğv edib, "Neftçi"nin cəzasını azaldıb
31
mar
2021
18:18
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
AFFA-nın Apelyasiya Arbitraj Tribunalının iclası keçirilib.BAKU.WS xəbər verir ki, qurum “Qarabağ” və “Neftçi”nin müraciətinə baxıb.Hər iki klub tərəfindən verilmiş apelyasiya şikayətləri təmin edilib. “Qarabağ” Premyer Liqanın XVI turunun “Sumqayıt”la oyununda 8 nömrəli futbolçusu Uroş Matiçin futbol formasında standartlar pozulmasına görə tətbiq olunan 3000 manat cərimə cəzasından azad olunub. Son ölkə çempionuna bu hala təkrar yol verməməsi ilə bağlı xəbərdarlıq edilib. Bakılıların Premyer Liqanın XVIII turunun “Sabah”la oyununda stadionda işıqlandırmasında yaranan problemlərə görə tətbiq olunan cərimənin məbləğini azaldıb. “Neftçi” ev oyununda baş verənlərə görə yüngülləşdirici hallar nəzərə alınmaqla 4000 deyil, 1000 manat ödəyəcək.
Oxşar xəbərlər
AFFA-dan “Səbail”in məşqçisinə ağır CƏZA
Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. BAKU.WS AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, məlumata görə, iclas zamanı fevralın 6 və 7-d...