AFFA prezidenti: "Qarabağ" futbol klubuna yeni qələbələr diləyirəm"
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) prezidenti Rövşən Nəcəf "Qarabağ" futbol klubunu UEFA Çempionlar Liqasının Liqa mərhələsinə vəsiqə qazanması münasibətilə təbrik edib.
Milli assosiasiyanın rəhbəri bu barədə sosial şəbəkə hesabında paylaşım edib.
"Qarabağ" futbol klubunu tarixində ikinci dəfə UEFA Çempionlar Liqasının əsas mərhələsində iştirak haqqı qazanması münasibətilə ürəkdən təbrik edir, yeni qələbələr arzulayıram", - qurumun prezidenti qeyd edib.
🇦🇿"Qarabağ" futbol klubunu tarixində ikinci dəfə ⚽️UEFA Çempionlar Liqasının əsas mərhələsində iştirak haqqı qazanması münasibətilə ürəkdən təbrik edir, yeni qələbələr diləyirəm.
— Rovshan Najaf (@RovshanNajaf) August 27, 2025
Uğurlar “Qarabağ”!
Oxşar xəbərlər
"Böyük Dəbilqə": Azərbaycan cüdoçularının ilk rəqibləri müəyyənləşib
Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə cüdo üzrə "Böyük Dəbilqə" turnirinin püşkatma mərasimi keçirilib. BAKU.WS xəbər verir ki, püşkün nəticələrinə...