AFFA Premyer Liqanın XXXIII turundan sonra 4 klubu cərimələyib
Yeniliklərdən dərhal xəbərdar olun
AFFA Misli Premyer Liqasının XXXIII turundan sonra 4 klubu cərimələyib.
BAKU.WS xəbər verir ki, bu barədə qurumun İntizam Komitəsinin iclasında qərar qəbul olunub.
"Sumqayıt" – "Qarabağ" oyunu bitdikdən sonra meydana kənar şəxslər daxil olduğuna görə "Sumqayıt" komandası 2500 manat cərimə edilib.
Eyni matçda "Qarabağ" komandasının azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyi üçün "Qarabağ" komandası 8000 manat ziyana düşüb.
"Kəpəz" – "Neftçi" qarşılaşmasında isə "Kəpəz" komandasının 4 futbolçusu sarı vərəqə aldığı üçün klub 700 manat cərimələnib. Oyunun 65-ci dəqiqəsində "Neftçi"nin futbolçusu İfenayi Metyu ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə aldığı üçün 1-i şərti olmaqla 2 oyunluq cəzalandırılıb. Bu səbəbdən paytaxt təmsilçisi 1000 manat cərimə edilib və futbolçuya 6 ay sınaq müddəti təyin olunub.
Oxşar xəbərlər
"Böyük Dəbilqə": Azərbaycan cüdoçularının ilk rəqibləri müəyyənləşib
Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə cüdo üzrə "Böyük Dəbilqə" turnirinin püşkatma mərasimi keçirilib. BAKU.WS xəbər verir ki, püşkün nəticələrinə...