AFFA İntizam Komitəsi iki kluba texniki məğlubiyyət verib
09
apr
2024
15:08
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
AFFA İntizam Komitəsi “Metropoliten” və “Record Club” futzal klublarına texniki məğlubiyyət verib.
Bu barədə AFFA-dan məlumat verilib.
Bildirilib ki, buna "Metropoliten"in I Liqanın XVIII turunun “Baku Fire-2” ilə oyununa çıxmaması səbəb olub.
“Record Club” isə Yüksək Liqanın XVIII turunun “Neftçi” İK ilə matçına çıxmayıb. Bu səbəbdən hər iki qarşılaşma baş tutmayıb.
İntizam Komitəsi buna görə hər iki kluba 0:5 hesablı texniki məğlubiyyət verib.
Oxşar xəbərlər
Boks üzrə Azərbaycan çempionatının qalibləri müəyyənləşib
Kişi boksçular arasında Azərbaycan çempionatının qalibləri müəyyənləşib. “Report” xəbər verir ki, ölkənin müxtəlif şəhər və rayonlarının klublarını, həmçinin, i...