AFFA "Neftçi"ni azarkeşlərinə görə cərimələyib
Yeniliklərdən dərhal xəbərdar olun
AFFA İntizam Komitəsi "Neftçi"ni azarkeşlərinin davranışına görə cərimələyib.
BAKU.WS xəbər verir ki, bu barədə qurumun iclasında qərar qəbul edilib.
Misli Premyer Liqasının XIV turunun "Sabah"la səfər oyununda "Neftçi"nin azarkeşləri tərəfindən oturacaqlar sındırıldığına, stadiona zərər vurulduğuna və bu hal cari mövsümdə ikinci dəfə təkrarlandığına görə klub 5000 manat cərimələnib.
"Sumqayıt" - "İmişli" oyununun 90+13-cü dəqiqəsində isə meydan sahiblərinin məşqçisi Veliçko Kaplanoviç oyunun bərpasını ləngitdiyinə görə birbaşa qırmızı vərəqə alıb. O, bu səbəbdən 1 oyunu buraxacaq, "Sumqayıt" 1000 manat cərimə ödəyəcək.
"İmişli" komandası isə 4 futbolçusu sarı vərəqə aldığı üçün 700 manat ziyana düşüb.
Oxşar xəbərlər
"Böyük Dəbilqə": Azərbaycan cüdoçularının ilk rəqibləri müəyyənləşib
Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə cüdo üzrə "Böyük Dəbilqə" turnirinin püşkatma mərasimi keçirilib. BAKU.WS xəbər verir ki, püşkün nəticələrinə...