AFFA Fernandu Santuşla "3+1" illik müqavilə bağlayıb
Yeniliklərdən dərhal xəbərdar olun
AFFA rəhbərliyi Azərbaycan milli komandasının yeni baş məşqçisi Fernandu Santuşla "3+1" illik müqavilə bağlayıb.
BAKU.WS xəbər verir ki, bu barədə AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyev keçirilən mətbuat konfransında deyib.
S. Hacıyev 69 yaşlı mütəxəssisin Polşa millisindən və Türkiyənin "Beşiktaş" klubundan təzminat alaraq ayrılmasına münasibət bildirib:
"Bilmədiyimiz səbəblərə görə qərar vermək düzgün deyil. Məşqçinin ayrılması normaldır. Bizimlə müqaviləsi 3+1 illikdir. Təzminat və maddi məsələləri açıqlaya bilmərik. Bu normaldır".
Qeyd edək ki, Fernandu Santuşun qarşısına AVRO-2028-in seçmə mərhələsində uğurlu çıxış etmək məqsədi qoyulub.
Oxşar xəbərlər
AFFA Məşqçilər Komitəsinin sədri: Santuşla 2028-ci ilə qədər müqavilə bağlanıbsa, deməli, hədəflər böyükdür
Birdən-birə nəsə gözləmək çətindir. 2028-ci ilə qədər müqavilə bağlanıbsa, deməli, hədəflər böyükdür. BAKU.WS xəbər verir ki, bunu report-a açıqlamasında AFFA...