Adrian Mutu: "Neftçi"nin baş məşqçisi olmaq böyük məsuliyyətdir"
Yeniliklərdən dərhal xəbərdar olun
"Neftçi"nin baş məşqçisi olmaq mənim üçün böyük məsuliyyətdir".
BAKU.WS report-a istinadən xəbər verir ki, bunu "Neftçi"nin baş məşqçisi Adrian Mutu deyib.
O bildirib ki, əsas hədəf komandanı yenidən zirvələrə daşımaqdır: "Rəqibdən asılı olmayaraq öz oyunumuzu nümayiş etdirməliyik. Balanslaşmış komanda yaratmaq və oyuncular arasında rəqabəti təmin etmək lazımdır. Bu proses uzunmüddətlidir. Komanda hazırda balanslaşmış deyil".
"Neftçi"yə yeni futbolçuların cəlb olunacağını söyləyən mütəxəssis qeyd edib ki, görüləcək işlərdə öz enerjisini 100% səfərbər edəcək: "Son 10 gün ərzində oyunçularla aparılan görüş zamanı əmin oldum ki, onlar da mənimlə birlikdə çalışmaq istəyirlər. Futbolçular yeni formada təlimlərə, məşqlərə hazırdırlar. Siz tezliklə yeni "Neftçi" oyununu müşahidə edəcəksiniz. Azarkeşlərin bizdən gözləntiləri böyükdür. Biz də onların gözləntilərini doğruldacağımıza ümid edirik".
Oxşar xəbərlər
"Neftçi"yə yeni məşqçilər təyin olundular
"Neftçi"nin məşqçilər korpusuna yeni təyinatlar olub. Klubun mətbuat xidmətindən verilən məlumata görə, 45 yaşlı Alin-Nikolaye Çita köməkçi məşqçi, 44 yaşlı Aur...