"Neftçi"yə yeni məşqçilər təyin olundular

Neftçiyə yeni məşqçilər təyin olundular
İdman 79

"Neftçi"nin məşqçilər korpusuna yeni təyinatlar olub.

Klubun mətbuat xidmətindən verilən məlumata görə, 45 yaşlı Alin-Nikolaye Çita köməkçi məşqçi, 44 yaşlı Aurelian-Boqdan Petraşku analitik məşqçi, 28 yaşlı Miodraq Todorov fiziki hazırlıq üzrə məşqçi, 47 yaşlı Mihai-Qavril Nedeban isə qapıçılar üzrə məşqçi vəzifəsini yerinə yetirəcək. Mütəxəssislərin hər biri ilə 2 illik müqaviləyə imza atılıb.

Qeyd edək ki, hər dörd mütəxəssis bundan əvvəl də baş məşqçi Adrian Mutu ilə birlikdə çalışıb.

Qeyd edək ki, baş məşqçi Adrian Mutu və köməkçiləri artıq Sankt-Peterburqda təlim-məşq toplanışında olan komandanın düşərgəsindədirlər. "Ağ-qaralar" bu gün Bakı vaxtı ilə saat 18:00-da başlayacaq məşqə rumıniyalıların rəhbərliyi altında çıxacaq.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər