Abramoviç Lukakunun satılmasına razılıq verdi
Yeniliklərdən dərhal xəbərdar olun
İngiltərənin "Çelsi" klubu futbolçusu Romelu Lukaku ilə yollarını ayırır.
BAKU.WS "Report"a istinadən məlumatına görə, London təmsilçisinin sahibi Roman Abramoviç belçikalı hücumçunun satılmasına razılıq verib.
Rusiyalı iş adamı 29 yaşlı forvardın bir neçə gün öncə verdiyi qalmaqallı müsahibədən sonra komandada qalmasını istəmir. Təcrübəli oyunçu müsahibədə sabiq klubu olan İtaliya "İnter"inə sevgisindən və yenidən Milan təmsilçisinə qayıtmaq arzusundan danışıb.
Onunla Fransanın PSJ klubu yaxından maraqlanır.
Qeyd edək ki, Romelu Lukaku "Çelsi"yə 2021-ci ilin yayında məhz "İnter"dən 115 milyon avro təzminat qarşılığında transfer olunub.
Oxşar xəbərlər
Çempionlar Liqası: 14 milyard avroluq tamaşa başlayır
2020/2021 mövsümündə UEFA Çempionlar Liqasının (ÇL) qrup mərhələsində çıxış edəcək klubların dəyəri açıqlanıb. BAKU.WS report-a istinadən xəbər verir ki, iştira...