"Aberdin" rəsmisi Respublika stadionunun ot örtüyünə görə UEFA-nı tənqid etdi
Yeniliklərdən dərhal xəbərdar olun
UEFA Konfrans Liqasının pley-off mərhələsinin ilk oyununda "Qarabağ"ın qonağı olacaq Şotlandiya "Aberdin"inin idarə heyətinin sədri Deyv Kormak UEFA-nı tənqid edib.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, matçın keçiriləcəyi Tofiq Bəhramov adına Respublika stadionunun ot örtüyünün fotosunu şəxsi tvitter səhifəsində paylaşan klub rəsmisi qitə futbol qurumuna narazılığını bildirib.
"UEFA belə bir meydançaya necə oyun sala bilər? Ot örtüyünün üst hissəsi asanlıqla qopur. Halbuki, Bakıda hava limanından gələrkən yolumuzun üstündə çox gözəl yeni stadion (Bakı Olimpiya Stadionunu nəzərdə tutur - E.S) var. Bəlkə biz də öz cavab matçını həvəskar komandaya məxsus "İnverdi" İdman Kompleksinin arenasında keçirək?" - o yazıb.
Qeyd edək ki, avqustun 19-da oynanılacaq "Qarabağ" - "Aberdin" görüşü saat 20:00-da başlayacaq. Cavab matçı isə avqustun 26-da Şotlandiyada olacaq.
Oxşar xəbərlər
Qurban Qurbanov: "Bu rəqibə qarşı bütün komponentlərdə diqqətli olmalıyıq"
"Çox vacib oyuna çıxaracağıq. Rəqibin açıqlamalarında görünür ki, inamlıdırlar. Qələbəyə ümid edirlər. Bu, onların özlərinə inamından irəli gəlir. Biz də istəkl...