"Səbail" - "Keşlə" oyununda hesab açılmadı

14
avq
2020
21:29
2020/2021 mövsümünə hazırlıqlarını davam etdirən "Keşlə" və "Səbail" komandaları yoxlama oyunu keçiriblər.
Bakı Olimpiya Stadionunun ehtiyat meydançasında baş tutan qarşılaşma qolsuz başa çatıb.
Bu komandaların Qəbələ toplanışındakı duelində "dənizçilər" rəqibinə 0:2 hesabı ilə uduzmuşdu.
Qeyd edək ki, "Keşlə" bundan əvvəlki digər yoxlama matçlarında "Qarabağ"a (1:3, 0:4) uduzub, "Zirə"yə qalib gəlib - 1:0. "Səbail" isə "Qəbələ"ni 2:1 hesabı ilə udub.
Oxşar xəbərlər
“Keşlə” yoxlama oyununda "Səbail"ə qalib gəlib
Azərbaycan Premyer Liqasının yeni mövsümünə hazırlaşan klubların iştirakı ilə daha bir oyun keçirilib. BAKU.WS-in məlumatına görə, Qəbələdə toplanışda olan “Səb...
