“Keşlə” yoxlama oyununda "Səbail"ə qalib gəlib

“Keşlə” yoxlama oyununda Səbailə qalib gəlib
İdman 53

Azərbaycan Premyer Liqasının yeni mövsümünə hazırlaşan klubların iştirakı ilə daha bir oyun keçirilib.

BAKU.WS-in məlumatına görə, Qəbələdə toplanışda olan “Səbail” və “Keşlə” yoxlama matçında üz-üzə gəliblər.

Paytaxt təmsilçilərinin duelində Avropa Liqasına hazırlaşan “Keşlə” qalib gəlib. Tərlan Əhmədovun yetirmələri iki cavabsız qolla qələbə qazanıb.

Qeyd edək ki, öncə “Qarabağ”a 1:3 hesabı ilə uduzan, ardınca “Zirə”yə 1:0 hesabı ilə qalib gələn “Keşlə” üçün bu matç üçüncü sınaq olub. “Qəbələ”ni məğlub edən (2:1) “Səbail” isə ikinci yoxlama görüşünə çıxıb.

Yoxlama oyunu3 avqust19:00. “Səbail” – “Keşlə” – 0:2Şəhriyar Əliyev, Vüsal İsgəndərli

Oxşar xəbərlər

Azərbaycan çempionatı və kuboku bu qaydalarla keçiriləcək - RƏSMƏN TƏSDİQLƏNDİ

Azərbaycan çempionatı və kuboku bu qaydalarla keçiriləcək - RƏSMƏN TƏSDİQLƏNDİ

Koronavirus pandemiyası səbəbindən martda dayandırılan 2019/20 mövsümünün Əsasnaməsinə əlavələr edilib. BAKU.WS xəbər verir ki, dəyişikliklər Peşəkar Futbol Liq...

684 İdman 16:16 05 iyun 2020

Son xəbərlər