SİZİN REKLAM BURADA!
055 213 76 73


 

 

Çempionlar Liqasında pley-off mərhələsinin cavab oyunları keçirilib.
 
BAKU.WS-in məlumatına görə, pley-off mərhələsinin son 4 qarşılaşmasında maraqlı nəticələr qeydə alınıb. "Bayern Leverkuzen" evində İtalyanın "Latsio" klubunu qonaq edib. İlk oyunda 0:1 hesabı ilə məğlub olan almanlar bu dəfə də rəqib qapısından 3 cavabsız top keçiriblər və ÇL-in qrup mərhələsinə vəsiqə qazanıblar.
 
İngiltərənin "Mançester Yunayted" klubu isə "Brügge" ilə münasibətlərinə aydınlıq gətirib. İngilislər səfər oyununda matça yaxşı başlayıblar və rəqiblərini 4:0 hesabı ilə məğlub ediblər. Hər iki görüşün nəticəsinə görə 7:1 hesablı qələbə əldə edən "Mançester Yunayted" adını Avropanın ən güclüləri arasında yazıb. 
 
Çempionlar Liqasında pley-off mərhələsinin cavab oyunlarının nəticələri belədir:
 
"Partizan" 2:1 BATE (İlk oyun 0:1)

ÇSKA 3:1 "Sportinq" (1:2)

APOEL 1:1 "Astana" (İlk oyun 0:1)
 
"Bayer Leverkuzen" 3:0 "Latsio" (İlk oyun 0:1)
 
"Brügge" 0:4 "Mançester Yunayted" (İlk oyun 1:3)