Futbol üzrə avrokubokların 1/8 final mərhələsinin oyunları tamaşaçısız keçiriləcək

09
iyl
2020
23:03
Çempionlar Liqası və Avropa Liqasının 2019/20 mövsümünün oyunları, eləcə də 2020/21 mövsümünün seçmə mərhələlərinin görüşləri tamaşaçısız keçiriləcək.
BAKU.WS-in məlumatına görə, bu barədə Avropa Futbol Assosiasiyaları İttifaqının (UEFA) mətbuat xidməti məlumat yayıb.
Qeyd edilib ki, Çempionlar Liqası və Avropa Liqasının 1/8 final mərhələsinin oyunları ev komandalarının arenalarında keçiriləcək.
Bu qərar qurumun icra komitəsinin iclasında qəbul edilib.
Oxşar xəbərlər
UEFA Azərbaycan klublarının avrokubok oyunlarının vaxtını açıqlayacaq
UEFA İcraiyyə Komitəsinin iclasının gündəliyi açıqlanıb. BAKU.WS "Report"a istinadla xəbər verir ki, toplantı iki mərhələdən ibarət olacaq. Videokonfrans 17-18...
