SİZİN REKLAM BURADA!
055 213 76 73


Azərbaycan şahmatçısı Teymur Rəcəbov İddiaçılar Turnirindən şəxsi səbəblərə görə imtina etdiyinə dair xəbərlərə aydınlıq gətirib.

BAKU.WS xəbər verir ki, 33 yaşlı qrossmeyster sosial şəbəkə vasitəsilə verdiyi açıqlamasında turnirdən çıxmasının şəxsi səbəblərlə əlaqədar olmadığını vurğulayıb:

"Əziz həmvətənlər, şahmat həvəskarları, şahmat ictimaiyyəti, həmkarlar və dostlar, turnirdən çıxmağım üçün şəxsi səbəblərim yoxdur. FIDE-yə göndərdiyim məlumat və onların cavabı ilə bağlı tezliklə açıqlama verəcəyəm".

Qeyd edək ki, Teymur Rəcəbov İddiaçılar Turnirinə Dünya Kubokunun qalibi kimi vəsiqə qazanmışdı. Yarış martın 15-dən aprelin 5-dək Rusiyanın Yekaterinburq şəhərində keçiriləcək. Turnirdə ümumilikdə 8 şahmatçı - Fabiano Karuana (ABŞ), Aniş Giri (Niderland) Maksim Vaşye-Laqrav (Fransa), Aleksandr Qrişuk, Yan Nepomnyaşi, Kirill Alekseyenko (hamısı Rusiya), Dinq Liren və Hao Yanq (hər ikisi Çin) iştirak edəcəklər. Yarışın qalibi norveçli dünya çempionu Maqnus Karlsenlə şahmat tacı uğrunda mübarizə aparacaq.

BAKU.WS