Babel simulyasiya edən futbolçunu pərt elədi - VİDEO

21
fev
2020
13:45
Hollandiyanın "Ayaks" klubunun yarımmüdafiəçisi Rayan Babel Avropa Liqasının 1/16 final mərhələsinin ilk oyunu zamanı "Xetafe" ilə səfər qarşılaşmasında diqqət mərkəzinə düşüb.
BAKU.WS xəbər verir ki, buna səbəb rəqib futbolçu Allan Niomunun simulyasiya edərkən Babelin ona etiraz etməsi olub.
Babel "Xetafe"nin futbolçusuna toxunduqdan sonra o, yerə yıxılıb. Hakim buna görə, Babelə sarı vərəqə göstərib. Holland futbolçu buna dözməyərək futbolçunun hakimi necə aldatmasını göstərməyə çalışıb.
Oxşar xəbərlər
AFFA futbolçuları cəzalandırdı
Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib. BAKU.WS AFFA-nın saytına istinadən xəbər verir ki, iclasda Azərbaycan Premyer Liqasının 16-cı turunda baş verə...
