AFFA daha bir futbolçunu milliləşdirib - FOTO

19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinə yeni oyunçu çağırılıb.
BAKU.WS Apasport.az-a istinadla xəbər verir ki, “Hoffenhaym”ın müdafiəçisi Kaan Özkaya ilk dəfə yığmamıza dəvət edilib.
Yeni milliləşdirilən 18 yaşlı oyunçu “Hoffenhaym” futbol məktəbinin yetirməsidir. Mannheymdə anadan olan Özkayanın Almaniya və Türkiyə vətəndaşlığı olub.
Gənc müdafiəçi ötən ilin yayında “Hoffenhaym”ın U-17 komandasından U-19-na yüksəlib. Onun Almaniya klubu ilə müqavilə müddəti gələn ilin yayına qədərdir.
Qeyd edək ki, U-19 millimiz fevralın 22-dən 28-dək Bakıda təlim-məşq toplanışında olacaq.

Oxşar xəbərlər
Elxan Məmmədov: Mənim gedişimlə millimiz dünya və Avropa çempionatına vəsiqə qazanacaqsa...
“AFFA-dan narazılıqlar aydındır. Bir qrup insanlardan - adi azarkeşlərdən narazılıq gəlir. Əvvəlki illərdə mən də sıravi azarkeş kimi nəticə tələb edirdim. Laki...
