Millimizlə oyunöncəsi növbəti itki - Bu dəfə qapıçı zədələndi

18
noy
2019
20:35
Slovakiya millisi AÇ-2020-nin seçmə mərhələsinin Azərbaycanla oyunu öncəsi növbəti itki ilə üzləşib.
BAKU.WS sportinfo.az-a istinadən xəbər verir ki, Xorvatiya ilə görüşdə qırmızı vərəqə alan yarımmüdafiəçi Robert Makdan sonra daha bir futbolçu sıradan çıxıb.
Yığmanın baş məşqçisi Pavel Hapal sabahkı qarşılaşmada qapıçı Dominik Qreyfin də xidmətindən yararlana bilməyəcək. Çiynində ağrıları olan "Slovan"ın qolkiperi artıq heyətdən kənarlaşıdırılıb. Onu adaşı - "Jilina"da çıxış edən Dominik Holek əvəzləyib.
Oxşar xəbərlər
18 ildən sonra - STATİSTİKA
AVRO-2020-nin seçmə mərhələsinin son turunda keçiriləcək Slovakiya – Azərbaycan oyunu iki komanda arasında 8-ci matç olacaq. BAKU.WS "apasport.az"a istinadən xə...
