SİZİN REKLAM BURADA!
055 213 76 73


“Sabah rəqib həddindən artıq istəkli ola bilər. Çünki doğma meydanında oynayacaqlar".

BAKU.WS "Report"a istinadən xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Kiprdə APOEL-ə qarşı keçirəcəkləri UEFA Avropa Liqasının qrup mərhələsinin IV tur matçından əvvəl mətbuat konfransında deyib.

47 yaşlı mütəxəssis rəqibə qarşı üstünlük verəcəkləri oyun üslubunu açıqlayıb: "90 dəqiqə eyni tempi qoruyub saxlaya və ancaq hücumda ola bilmərik. Hücumlarımız müdafiədən və əks-hücumlar üzərində ola bilər. Maksimum çalışacağıq ki, rəqibi öz meydanımızdan uzaqda qarşılayaq. Futbolda bəzən 90 dəqiqə topa nəzarət edirsən, amma vurduğun qollar əks-hücumlardan olur. Son vaxtlar belə qollara çox rast gəlirik. Görünür ki, rəqib özünü maksimum şəkildə qələbəyə, hücumda oynamağa kökləyib. Bu da normal haldır. Biz başqa cür də gözləmirdik. Hər bir halda həm əks-hücumlarda, topa nəzarətdə, öz meydanımızda çalışacağıq ki, diqqətli olaq”.

Qeyd edək ki, noyabrın 7-də Nikosiyadakı "GSP Arena"da təşkil olunacaq matç Bakı vaxtı ilə saat 21:55-də başlanacaq.
BAKU.WS