VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Yarış günü çox həyəcanlı idik. İlk gündə 3-cü yerlə kifayətlənməli olduq. Bundan sonrakı mərhələlərdə daha uğurlu çıxış etdik".

BAKU.WS
"report"a istinadən xəbər verir ki, bu fikirləri İsrailin Holon şəhərində keçirilən akrobatika gimnastikası üzrə Avropa çempionatının gənclər yaş qrupunda qızıl medal qazanan Murad Rəfiyev söyləyib. 

Onun sözlərinə görə, Avropa çempionatında ciddi rəqiblərlə mübarizə aparıblar: "Bizim üçün ən güclü rəqib Rusiya və Böyük Britaniya təmsilçiləri idi. Lakin son gün onları geridə qoymağı bacardıq. Yarışın ilk günündə 3, ikinci günündə 2 və son gündə isə qızıl medal qazanmağı bacardıq".

Avropa çempionu onu da bildirib ki, qalibiyyətini 2016-cı ilin aprel döyüşlərində canlarını fəda edən şəhidlərimizə, səngərdə Vətənin keşiyini çəkən əsgərlərə həsr edir. 

Qeyd edək ki, İsrailin Holon şəhərində keçirilən akrobatika gimnastikası üzrə Avropa çempionatında uğurla çıxış edən Azərbaycan millisinin üzvləri Vətənə qayıdıblar. Gimnastları Heydər Əliyev Beynəlxalq Aeroportunda Azərbaycan Gimnastika Federasiyasının (AGF) nümayəndələri, yaxınları və jurnalistlər qarşılayıblar.

Gənclər yaş qrupunda mübarizə aparan Murad Rəfiyev və Daniel Abbasovdan ibarət cütlük temp hərəkətlərində bütün rəqiblərini geridə qoyaraq Avropa çempionu adına layiq görülüb.

Azərbaycan gimnastları qitə birinciliyində tam bir medal dəstini əldə ediblər. Belə ki, onlar balans hərəkətlərində bürünc, çoxnövçülükdə isə gümüş medal qazanıblar.

Böyüklərin yarışında çıxış edən Abdulla Əl-Məşayxi və Ruhidil Qurbanlıdan ibarət qarışıq cütlük temp və balans hərəkətlərində bürünc medala yiyələnib.

Qeyd edək ki, yığma Avropa çempionatını 5 medalla başa vurub.
BAKU.WS