SİZİN REKLAM BURADA!
055 213 76 73


Bizim üçün hər oyun vacibdir. Onlardan birini də sabah keçirəcəyik. Hamımız qələbə gözləyirik. Həmişə çalışırıq ki, intizamlı oynayaq. Pis hazırlaşmamışıq. Çalışacağıq ki, ən yaxşı oyunlarımızdan birini keçirək.

BAKU.WS xəbər verir ki, bu fikri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov oktyabrın 24-də UEFA Avropa Liqasının qrup mərhələsinin üçüncü turunda Kiprin APOEL komandasına qarşı Bakıda keçirəcəkləri oyundan əvvəl təşkil olunmuş mətbuat konfransında söyləyib.

“Mahir Emreli və Xayme Romero komanda ilə məşqlərə başlayıb. Onların “18-lik”də olmaq ehtimalı çoxdur. Sabahkı məşqdən sonra qərar verəcəyik. Araz Abdullayev də böyük ehtimalla oyunun heyətində olacaq”, - deyə Q.Qurbanov qeyd edib.

“Qarabağ”ın baş məşqçisi sabahkı oyun haqqında komandaların şansları məsələsinə də münasibət bildirib: “İstəməzdim ki, komandaların bu oyunda şansları barəsində danışım. Faizlə demək istəməzdim. Qrupdakı digər nəticələri gördünüz. Bu oyuna görə fikir yürütmək düz deyil. Son matça qədər mübarizə gedəcək. Bütün komandaların qrupdan çıxmaq şansı var. Həm “Qarabağ”, həm də APOEL üçün çətin olacaq. İndi komandalar bir-birilərini daha yaxşı tanıyırlar”.
BAKU.WS