“Ludoqorets”–“Espanyol” oyununu azərbaycanlı hakimlər briqadası idarə edəcək

21
okt
2019
17:25
UEFA Avropa Liqasının qrup mərhələsi çərçivəsində keçiriləcək “Ludoqorets” (Bolqarıstan) – “Espanyol” (İspaniya) qarşılaşmasının baş hakimi Əliyar Ağayev olacaq.BAKU.WS AFFA-ya istinadən xəbər verir ki, Ə.Ağayevə Zeynal Zeynalov və Akif Əmrəli kömək edəcəklər. Dördüncü hakim funksiyasını Orxan Məmmədov yerinə yetirəcək.“Ludoqorets”–“Espanyol” futbol oyunu oktyabrın 24-də Bolqarıstanda keçiriləcək.Qeyd edək ki, "Ludoqorets" H qrupuna 6 xalla liderlik edir. "Espanyol" isə 4 xalla ikincidir.
Oxşar xəbərlər
Azərbaycanlı hakim Misir kubokunun yarımfinal oyununu idarə edəcək
Azərbaycanlı FİFA hakimi Əliyar Ağayev Misir kubokunun yarımfinal mərhələsini idarə edəcək. BAKU.WS-in AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, 32 yaşl...