SİZİN REKLAM BURADA!
055 213 76 73


İspaniyada futbolçular və məşqçilərin evlərindən oğurluq etmək üzrə ixtisaslaşmış oğru dəstəsi ələ keçib.

BAKU.WS 
xəbər verir ki, bu barədə "Marca" qəzeti yazıb. 

Nəşrin yazdığına əsasən, İspaniya polisi "Real" və "Atletiko" klubunun məşqçi və futbolçularına məxsus bəzi qiymətli əşyaları aşkar edib. Bunun üzərində əməliyyat keçirən polis əməkdaşları soyğunçuları həbs edib. 

Qeyd edək ki, cinayətkarların qurbanları arasında Kazemiro, İsko, Morata, Zidan və başqaları olub. Oğrular "Atletiko"nun futbolçusu Tomas Parteyanın evinə iki dəfə girmək istəyiblər.
BAKU.WS
QALEREYA