VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu yay transferlərdə ən aktiv klublardan olan “Atletiko Madrid” tarixinin ən bahalı transferinə imza atıb.

BAKU.WS xəbər verir ki, Madrid təmsilçisi “Benfika”nın 19 yaşlı hücumçusu Joau Feliksi 126 milyon avro qarşılığında heyətinə qatıb.

Məlumata görə, onunla 5 illik müqavilə imzalayıb.

Qeyd edək ki, “Atletiko Madrid” bu yay “Atletiko Paranaense”dən Renan Lodini, “Real Madrid”dən Markos Lyorenteni və “Portu”dan Felipeni də transfer edib.
BAKU.WS