Mütləq Döyüş Çempionatının (UFC) yüngül çəkidə qalibi Həbib Nurmaqomedovun Dağıstanın Mahaçqala şəhərindəki evinin görüntüləri yayılıb. 

BAKU.WS
xəbər verir ki, UFC çempionu idmançı karyerasında böyük uğurlar qazansa da, onun Kirovaul kəndindəki evi o qədər də dəbdəbəli deyil. 

Qaydasız döyüş növündə hələlik məğlub olmayan Həbib Nurmaqomedov yaxın qohum və dostlarını həmin evdə qəbul edir və onlarla görüşlər keçirir. 

Qeyd edək ki, rusiyalı MMA döyüçüsünün Rusiyadan başqa ABŞ-ın San-Xose şəhərində də evi var. Nurmaqomedovun əsas məşqçisi atası Əbdülmanap olsa da, o, ABŞ-da yaşadığı müddətdə, AKA zalında (Amerika Kikboksinq Akademiyası) Xavyer Mendesin rəhbərliyi altında məşq edir.

Orxan Hüseyn
BAKU.WS


QALEREYA