SİZİN REKLAM BURADA!
055 213 76 73


Milli Gimnastika Arenasında bədii gimnastika üzrə 37-ci dünya çempionatının finalı başlayıb.

BAKU.WS-in məlumatına görə, bu gün fərdi proqramda halqa və topla hərəkətlərdə qaliblər və mükafatçılar müəyyənləşdiriləcək.

Qeyd edək ki, Milli Gimnastika Arenasında keçirilən dünya çempionatına Azərbaycan 9 gimnastla qatılıb. Fərdi proqram üzrə yarışlarda Zöhrə Ağamirova, Veronika Qudis, Yelizaveta Luzan və Məryəm Səfərova güclərini sınayacaqlar.

Qrup hərəkətlərində isə komandamızın heyətində Ayşən Bayramova, Diana Əhmədbəyli, Aliyə Paşayeva, Zeynəb Hümmətova və Darya Sorokina yer alıblar.
BAKU.WS
QALEREYA