SİZİN REKLAM BURADA!
055 213 76 73


Belçika millisi və “Real Madrid” klubunun üzvü Eden Azar özünə dəbdəbəli malikanə alıb. 

BAKU.WS xəbər verir ki, belçikalı futbolçunun müğənni Sans Alexandrodan aldığı lüks villa ona 11 milyon avroya başa gəlib. 

Eden Azarın dəbdəbəli mülkü İspaniyanın paytaxtı Madriddə yerləşir. 

28 yaşlı E. Azarın həyat yoldaşı və üç uşağı ilə yaşayacağı sarayda 6 yataq otağı, hovuz, spa, idman zalı, kinozal və tennis kortu var. 

Qeyd edək ki, "Çelsi"nin heyətində Avropa Liqasının qalibi olan belçikalı iyunda “Real”la 5 illik müqavilə imzalayıb. 
BAKU.WS
QALEREYA