SİZİN REKLAM BURADA!
055 213 76 73


Türkiyə milli komandasının və İtaliyanın “Sassuolo” klubunun üzvü Merih Demiral “Yuventus”a keçib.

BAKU.WS xəbər verir ki, 21 yaşlı müdafiəçi ilə 5 illik müqavilə imzalanıb.

“Yuventus” bu transfer üçün “Sassuolo”ya 18 milyon avro ödəyib.

Qeyd edək ki, “Fənərbağça” futbol məktəbənin yetirməsi olan Demiral 2017-2018-cu illərdə “Sportinq B” komandasında oynayıb. 2018/2019 mövsümünü icarə əsasında “Alanyaspor”da keçirən müdafiəçini “Alanyaspor” 3,5 milyon avroya heyətinə qatıb. Türkiyə təmsilçisi qısa müddət sonra isə Demiralı 9,25 milyon avroya “Sassuolo”ya satıb.

Ötən ildən Türkiyə millisinə də dəvət alan futbolçu burada 4 oyuna çıxıb.
BAKU.WS