SİZİN REKLAM BURADA!
055 213 76 73


 
İspaniya La Liqa kulublarından "Real Madrid"in ulduzu Kriştiano Ronaldo anası üçün aldığı lüks villanı satışa çıxarıb.
 
BAKU.WS-in məlumatına görə, ulduz futbolçunun bu qərarı İspaniya mətbuatında "Ronaldo mövsüm sonunda Real Madriddən ayrılır" kimi şərh edilib. İspaniyada üç lüks evi olan Ronaldonun, satışa qoyduğu iki evdən birini 5 milyon avroya, digəri isə 2 milyon avroyadır. 

Sezon əvvəlindən bu yana haqqında transfer dedi-qoduları çıxan portuqaliyalı futbolçunun Madrid klubunda xoşbəxt olmadığı deyilir. ABŞ komandalarının da radarında olan Ronaldo üçün ən ciddi təklif köhnə klubu "Mançester Yunayted" və PSJ-dən gəlib. 

Ronaldonun oğlu ilə birlikdə qaldığı evdə isə 7 yataq otağı, 9 hamam, 9 tualet, lift, bağlı və açıq hovuz, idman zalı və evdə çalışanlar üçün ayrı bir ev var.
 
BAKU.WS