VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

UEFA Avropa Liqasının "pley-off" mərhələsinin püşkatma mərasimi üçün səbətlərin tərkibini açıqlayıb.

BAKU.WS xəbər verir ki, qruplara gedən yolun sonuncu mərhələsində Azərbaycanı iki klub təmsil edə bilər. Bu, "Qarabağ" Kipr APOEL-ini keçə bilməyəcəyi, "Neftçi"nin isə İsrail "Bney Yehuda"sını üstələyəcəyi halda baş verəcək.

"Qarabağ" Çempionlar Yolunda daha yüksək reytinqlilərin yer aldığı səpələnmişlər səbətinə düşəcək. Rəqib isə yenidən İrlandiya "Dandolk"u ola bilər:

"Sutyeska" (Monteneqro) / "Linfild" (Şimali İrlandiya) cütünün qalibi
"Lüdoqorets" (Bolqarıstan) / TNS (Uels) cütünün qalibi
"Sarayevo" (Bosniya və Herseqovina) / BATE (Borisov, Belarus) cütünün qalibi
"Astana" (Qazaxıstan) / "Valletta" (Malta) cütünün qalibi
"Slovan" (Bratislava, Slovakiya) / "Dandolk" (İrlandiya) cütünün qalibi
"Neftçi" isə Liqa Yolunda "Bney Yehuda"nı üstələyəcəyi halda, səpələnmişlər səbətindəkilərdən biri ilə qarşılaşacaq:
"Antverpen (Belçika) / "Viktoriya" (Plzen, Çexiya)
"Bröndbü" (Danimarka) - "Braqa" (Portuqaliya)
"Vaduts" (Lixtenşteyn) - "Ayntraxt" (Frankfurt, Almaniya)
"Malmö" (İsveç) / "Zrinski" (Bosniya və Herseqovina)
"Partizan" (Serbiya) / "Malatyaspor" (Türkiyə)

Qeyd edək ki, daha əvvəl "Qarabağ"ın APOEL səddini keçəcəyi təqdirdə səpələnmişlər səbətindəki cütlərdən birinin qalibi ilə qarşılaşacağı açıqlanıb:

PAOK (Yunanıstan) - "Ayaks" (Hollandiya)
ÇFR (Kluj, Rumıniya) - "Seltik" (Şotlandiya)
"Srvena Zvezda" (Serbiya) - "Kopenhagen" (Danimarka)
"Dinamo" (Zaqreb, Xorvatiya) - "Ferentsvaroş" (Macarıstan)

Çempionlar Liqasının pley-off mərhələsində ilk oyunlar 20-21 avqust və 27-28 avqustda, Avropa Liqasında isə müvafiq olaraq, 22 avqust və 29 avqustda keçiriləcək. İlk matçlar adları birinci göstərilmiş komandaların meydanlarında olacaq.
BAKU.WS