"Neftçi" Etonun forma geyindiyi klubu məğlub etdi

Neftçi Etonun forma geyindiyi klubu məğlub etdi
İdman 1451

Azərbaycanın titullu klublarlından "Neftçi” hazırlıq matçında Türkiyənin "Antalyaspor” klubu ilə üz-üzə gəlib.

BAKU WS-in məlumatına görə, Türkiyədə təlim məşq toplantısı keçirən "Neftçi” yeni mövsümə ulduz transferlərlə hazırlaşan "Antalyaspor”u məğlub edib. Oyuna yaxşı başlayan təmsilçimiz qarşılaşmadan üzü ağ ayrılıb. Afyon Arena Stadionunda baş tutan matçın ilk hissəsi 0:0 hesabı ilə yekunlaşıb. 

Ulduz futbolçu Samuel Etonun da forma geyindiyi qarşılaşmada "Antalyaspor” "Neftçi”nin qapısına yol tapa bilməyib. Əvəzində isə ikinci hissənin 56-cı dəqiqəsində "Neftçi”nin futbolçusu Ruslan Qurbanov hücum zamanı topu tora göndərməyi bacarıb. 

Qarşılaşmada ikinci qol isə 86-cı dəqiqəyə təsadüf edib. Fəhmin Muradbəyli yenidən toru silkələyib və komandasının 2-0 hesablı qələbəsini təmin edib.

BAKU WS

Oxşar xəbərlər

Son xəbərlər