“Qarabağ”ın Albaniya “Partizani”si ilə Bakıda keçirəcəyi UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin cavab oyununa azarkeşlər üçün xüsusi avtobuslar ayrılıb.

BAKU.WS xəbər verir ki, futbolsevərlərin matçın baş tutacağı Mərdəkandakı “Dalğa Arena”ya rahat gedib-gəlişlərini təmin etməkdən ötrü Ağdam təmsilçisinin Bakı Nəqliyyat Agentliyinə müraciətini qarşı tərəf müsbət cavablandırıb.

Beləliklə, iyulun 17-si saat 18:30-dan 19:45-dək 10 dəqiqəlik intervalla “Koroğlu” metrostansiyasından “Dalğa Arena”ya avtobuslar hərəkət edəcək. “Qarabağ” loqolu avtobuslara yalnız oyun biletin ilə giriş olacaq. Oyundan sonra isə avtobuslar yenidən azarkeşləri stadiondan “Koroğlu”ya geri qaytaracaq.

Qeyd edək ki, matç saat 21:00-da başlayacaq.
BAKU.WS


QALEREYA