SİZİN REKLAM BURADA!
055 213 76 73


Bakıda keçiriləcək Avropa Liqasının final oyununda "Çelsi"nin sahibi Roman Abrahimoviçin də iştirakı gözlənilir.

BAKU.WS qol.az-a istinadən xəbər verir ki, rusiyalı iş adamı klub rəhbərliyinə "Arsenal"la Bakıda keçiriləcək oyunu canlı izləyəcəyini deyib. Əgər son anda onun iş qrafikində hər hansı dəyişiklik olmasa, Abramoviç komandasına Bakıda dəstək verəcək.

Bu arada bəlli olub ki, "Çelsi" Bakıda 5 ulduzlu "Hyatt Park", "Arsenal" isə "Alov qüllələri"ndə yerləşən "Fairmont" otelində qalacaq.

Xatırladaq ki, Avropa Liqasının "Çelsi" - "Arsenal" final oyunu mayın 29-da keçiriləcək.
BAKU.WS