SİZİN REKLAM BURADA!
055 213 76 73



Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) böyük məmnuniyyətlə bildirir ki, 2019 Formula 1 Azərbaycan Qran Prisinə bilet alan tamaşaçılar bu gündən etibarən şəhərin kassalarında bilet vauçerlərini biletlərin əsli ilə dəyişə bilərlər. Bu proses aprelin 28-i yarış başlayanadək davam edəcək.

Bilet dəyişdirməyə gələn tamaşaçılar özləri ilə şəxsiyyət vəsiqələrini və çap olunmuş bilet vauçerlərini gətirməlidirlər. Bilet vauçerlərini yalnız bu vauçerlərin üzərində adları əks olunan şəxslər dəyişdirə bilərlər. Bununla yanaşı, bilet satışı kassalarda və həmçinin onlayn qaydada davam edəcək.

Onlayn alınan bilet vauçerləri 2019 Formula 1 Azərbaycan Qran Prisi başlayanadək müvafiq kassalarda biletlərin əsli ilə dəyişdirilməlidir. Bilet vauçerləri ilə yarış məkanına daxil olmağa icazə verilməyəcək.

Yarış həftəsonu ərzində tamaşaçılar şəhərin kassaları ilə yanaşı yarış məkanının girişlərində quraşdırılmış bilet satışı məntəqələrində də bilet vauçerlərini dəyişə biləcəklər. Bilet sahiblərindən xahiş olunur ki, vauçerlərin dəyişdirilməsini son günə saxlamasınlar, əks halda kassaların önündə uzun növbələr yarana bilər.

Biletlə əlaqədar yaranmış sualları [email protected] elektron ünvanına göndərə bilərsiniz.

Satışda olan biletlər və tribunalar haqqında ətraflı məlumat üçün bu keçidə daxil olun: www.bakucitycircuit.com

№:Satış nöqtələri:Ünvan:İş saatları:Fasilə:Əlaqə nömrəsi:
1Park BulvarNeftçilər Prospekti 9210:00-22:00-(+99477) 600 00 60
2 28 Mall28 May m.; Azadlıq pr. 15A/4; 2-ci mərtəbə10:00-22:00-(+99412) 499 87 79
3Gənclik MallGənclik m/s;
Fətəli Xan Xoyski 38; 3-cü mərtəbə
10:00-22:00-(+99412) 599 15 60
4Port BakuNeftçilər pr. 15110:00-22:00 (+99477) 600 00 60
5Kiosk 1M.Ə.Rəsulzadə 3.
(Azərbaycan k/t yaxınlığı)
10:30-18:3015:00-16:00(+99412) 598 17 72
6Kiosk 2Sahil m/s;
Bül-bül prospekti, Nizami küç.
11:00-19:0015:00-16:00(+99412) 598 17 74
7Kiosk 3Üzeyir Hacıbəyov küç. 69 (Hökümət evinin arxası)10:00-18:0014:00-15:00(+99412) 598 17 73
8Heydər Əliyev SarayıBül-Bül pr. 3511:00-19:0014:00-15:00(+99412) 498  84 70
9ASAN 1Akademik H.Əliyev küç. 36I-V: 10:00 – 19:00
VI-VII: 10:00 – 17:00
14:00-15:00(+99477) 600 00 60
10ASAN 2Nobel prospekti 23, AMAY T.M 2-ci mərtəbəsiI-V: 10:00 – 19:00
VI-VII: 10:00 – 17:00
14:00-15:00(+99477) 600 00 60
11ASAN 3Abbas Mirzə Şərifzadə 157, YasamalI-V: 10:00 – 19:00
VI-VII: 10:00 – 17:00
14:00-15:00(+99477) 600 00 60
12ASAN 4Sülh 197, Bakıxanov, SabunçuI-V: 10:00 – 19:00
VI-VII: 10:00 – 17:00
14:00-15:00(+99477) 600 00 60
13ASAN SumqayıtBakı 15-ci məhəllə 42d, SumqayıtI-V: 10:00 – 19:00
VI-VII: 10:00 – 17:00
14:00-15:00(+99477) 600 00 60