VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Vacib oyun üçün Maltaya gəlmişik. Bu oyun həm bizim, həm də rəqib üçün çox əhəmiyyətlidir. Malta millisinin Farer Adaları yığmasına qarşı keçirdiyi oyunu izləmişəm. Əslində 1:3 hesab ilə məğlub olmağa layiq deyildilər.

Bu sözləri futbol üzrə UEFA Millətlər Liqasının qrup mərhələsində səfərdə Malta millisi ilə qarşılaşacaq Azərbaycan yığmasının baş məşqçisi Qurban Qurbanov deyib.

Mütəxəssis bildirib: “Komandamıza gəldikdə, demək olar ki, oyuna hazırlaşmaq üçün kifayət qədər vaxtımız olmadı. Kosovo ilə görüşdən sonra bir günümüz yolda keçdi. Buna baxmayaraq, futbolçularıma güvənirəm və inanıram ki, istədiyimiz oyunu nümayiş etdirə biləcəyik. Malta millisi fərqli sistemlə oynayır. Sürətli futbolçuları var. Heç bir komanda məğlub olmaq istəmir. Çalışacağıq, müsbət nəticə əldə edək”.

Qeyd edək ki, oyun Bakı vaxtı ilə saat 22:45-də Ta Qali milli stadionunda keçiriləcək. Qarşılaşma “CBC Sport” telekanalında birbaşa yayımlanacaq.

BAKU.WS