SİZİN REKLAM BURADA!
055 213 76 73


Azərbaycanda danışılmış oyunlarda şübhəli bilinən daha bir futbolçunun adı açıqlanıb.

BAKU.WSreport-a istinadən xəbər verir ki, Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev Azərbaycan Premyer Liqasının 2018/2019 mövsümünün püşkatma mərasimindən sonra təşkil edilən mətbuat konfransında söyləyib ki, I Divizionda iştirak etməyəcək klublar danışılmış oyunlarla bağlı UEFA-dan gələn hesabatda yer alanlardır.

O bildirib ki, hansısa klubla bağlı UEFA-dan məktub gəlibsə, demək, nəsə var: “Ola bilər ki, hanısasa komandanın adı danışılmış oyunlarda hallanmasın, amma çempionata qatılmasın. Ruslan Tağızadənin atası canımı boğazıma yığıb. And verir ki, oğluma kömək et. Halbuki onun oğlunun adı danışılmış oyunlarda hallanır. Deyir ölkənin bayrağın qaldırmışıq. Harada qaldırıb, bilmirəm. Əvvəlki pullar yoxdur, səviyyəsi uyğun olmayanlar özlərinə başqa iş tapsınlar. Mənim oğlum çoxundan zəif deyildi. Amma gördü ki, alınmır, qırağa çəkildi. 22-23 yaşlı futbolçu özünü isbatlaya bilmirsə, başqa iş tapsın”.

Musayev bildirib ki, hazırda danışılmış oyunlarla bağlı araşdırmalar davam edir: “Hazırda klub rəsmiləri, futbolçular dəvət olunur, sorğu-sual aparılır. Yaxın vaxtlarda səsi çıxacaq”.

BAKU.WS