SİZİN REKLAM BURADA!
055 213 76 73



Futbol üzrə Azərbaycan Premyer Liqasında XIX turun daha bir oyunu keçirilib.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, günün digər qarşılaşmasında "Neftçi" "Keşlə"ni qəbul edib.

"Bakcell Arena"da təşkil olunmuş qarşılaşma meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 3:2. Flaqman oyunboyu iki dəfə irəli çıxsa da, qonaqlar bərabərlik qolunu vurmağa müvəffəq olublar. Lakin 90-cı dəqiqədə kapitan Ruslan Abışov yekun nöqtəni qoyaraq "Neftçi"yə vacib qələbə qazandırıb.

Bununla da xallarını 26-ya çatdıran "ağ-qaralar" 4-cü pillədə qalıblar. "Keşlə" isə 15 xalla 7-cidir.

Azərbaycan Premyer Liqası, XIX tur

9 mart (cümə)

18:00. "Neftçi” – "Keşlə” - 3:2

Qol: Namiq Ələsgərov, 14. İqnasio Errera, 48. Ruslan Abışov, 90 - Adrian Skarlatake, 16. Pərdis Fərcad-Azad, 57
Hakimlər: Ramil Diniyev, Knyaz Əmiraslanov, Yaşar Abbasov, Əliyar Ağayev

AFFA nümayəndəsi: Vaqif Davudov

Hakim-inspektor: Məlik Həsənov

"Bakcell Arena”.

Qeyd edək ki, tura martın 10-da "Səbail” – "Sumqayıt” və "Qarabağ” – "Zirə” görüşləri ilə yekun vurulacaq.

BAKU.WS