VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


"İlin qalibləri-2017" layihəsinin yekunlarına həsr olunmuş mükafatlandırma mərasimi keçirilib.

BAKU.WS-in məlumatına görə, İdman Araşdırmalar Mərkəzinin təşkil etdiyi layihədə "İlin idman xadimi", “İlin idmançısı”, “İlin əcnəbi idmançısı”, “İlin futbolçusu”, “İlin komandası” (futbol və digər növlər üzrə), “İlin məşqçisi” (digər növlər üzrə), “İlin idman yarışı” və “İlin idman jurnalisti” nominasiyaları və İlin baş məşqçisi" (futbol üzrə) ali nominasiyalarında qaliblər mükafatlandırılıb.

İlin idmançısı sərbəst güləş üzrə üçqat dünya çempionu Hacı Əliyev, “Qarabağ”ın kapitanı Rəşad Sadıqov ilin futbolçusu, ilin ən yaxşı əcnəbi futbolçusu Dino Ndlovu, ilin komandası “Qarabağ”, ilin ən nüfuzlu yarışı “Bakı 2017” IV İslam Həmrəyliyi Oyunları, İlin yazarı Komanda.az saytının əməkdaşı Elnur Həmidov, ilin ən yaxşı baş məqşçisi Qurban Qurbanov seçilib.

Tuncay
BAKU.WS