SİZİN REKLAM BURADA!
055 213 76 73



"Qalatasaray"ın son Divan toplatınısına aktyor Aydemir Akbaşın çıxışı damğa vurub.

BAKU.WS fanat.Az-a istinadən xəbər verir ki, klubun daxilində oğurluq edildiyini bildirən aktyor hazırkı rəhbərliyi dəstəklədiyini bildirib.

Aydemir Akbaş "Qalatasaray"ı ancaq "Qalatasaray"lıların qarışdıra biləcəyini deyib: "İspan radio işçisini "Qalatasaray"a görə döydüm, millət vəkilini tribunada boğurdum. Mən normal "Qalatasaray"lı deyiləm.

"Qalatasaray"ı kimsə yıxa bilməz, ancaq "Qalatasaray"lı yıxar. "Qalatasaray"da hırsız var. 5 ilodir "oğru var" deyə bağırıram. Hesabat gözləməyin, gəlin nə baş verdiyini mən danışım. Amma ondan sonra nə edəcəksiniz? Mən bu rəhbərliyi dəstəkləyirəm. Prezidentə də demişəm bunu. Amma yanlış hərəkətlərini gördüyüm zaman onları da sataram.

Məsələ "Qalatasaray" olanda arvadımı da sataram, hər kəsi sataram. Mənim həyatım "Qalatasaray"dı" deyə məşhur aktyor bildirib.

BAKU.WS