SİZİN REKLAM BURADA!
055 213 76 73



Çempionlar Liqasının qrup mərhələsində sabah “Atletiko”nu qəbul edəcək “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov oyunöncəsi mətbuat konfransında öz fikirlərini bildirib:

"Rəqib barədə çox danışmağa ehtiyac yoxdu. “Atletiko”nu hamımız yaxşı tanıyırıq. Son 4 ildə 2 dəfə ÇL-in finalına çıxıblar. İspaniya çempionluğunu qazanıblar. Rəqibin oyunlarına baxmışıq. Öz oyun dəst-xətti olan komandadı. Ən azı yaxşı mübarizə göstərməyə, meydanda öz oyunumuzu sərgiləməyə çalışacağıq.

Çox istərdik ki, sabahkı matçda da azarkeşlər tribunaları doldursunlar".

BAKU.WS