VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Türkiyə Super Liqası Azərbaycan kanalı tərəfindən yayımlanacaq. 

BAKU.WS-in məlumatına görə, bu barədə sosial şəbəkədə məlumat yayılıb. 

"CBCSport" kanalının əməkdaşları tamaşaçılar üçün böyük bir sürpriz olacağını bildirib. Azarkeşləri intizarda saxlamaq istəyən kanal əməkdaşları hələlik dəqiq məlumat vermək istəmir. Ancaq yayılan məlumatlarda Türkiyə Super Liqasının "CBCSport" kanalı ilə yayımlanacağı iddia edilir. 

Qeyd edək ki, “CBC Sport”un baş direktoru Volkan Üst bir müddət öncə Türkiyə Superliqasının telekanalda yayımlanma perspektivinə münasibət bildirib: “Türkiyə çempionatının yayım hüququnun alınması üçün də iş gedir. Azərbaycanda bu çempionatı çox sevirlər. Bu bizim, həm də Türkiyə tərəfini maraq dairəsindədir. Bu yenilik olacaq, çünki Superliqa demək olar ki, heç bir xarici ölkədə yayımlanmır. Danışıqlar uğurla nəticələnsə, “CBC Sport”a Türkiyədə baxmaq mümkün olmayacaq. Nə peyk, nə də internet vasitəsi ilə”.

BAKU.WS