SİZİN REKLAM BURADA!
055 213 76 73



“Qarabağ” PAOK-un futbolçusu Pedro Enrikeni icarəyə götürmək istədiyini təsdiqləyib.


BAKU.WS xəbər verir ki, Ağdam klubunun direktoru Əmrah Çəlikəl “Qafqazinfo”ya açıqlamasında braziliyalı yarımmüdafiəçi ilə danışıqlar apardıqlarını təsdiqləyib:

“Enrike transfer siyahımızda olan futbolçudur. Onu heyətə qatmaq üçün danışıqlar aparırırq. Hazırda danışıqlar müsbət yöndə davam edir”.

Qeyd edək ki, bu gün P.Enrikenin meneceri ilə PAOK-un idman direktoru Lubos Miçel arasında görüş olacaq. Görüş zamanı 27 yaşlı oyunçunun gələcək karyerası ilə bağlı yekun qərar veriləcək.

BAKU.WS