SİZİN REKLAM BURADA!
055 213 76 73



"Qarabağ"ımız Çempionlar Liqasının pley-off mərhələsinin cavab matçında sabah "Kopenhagen"in qonağı olacaq.

Bu gün komandamızın düşərgəsində sürpriz ziyarət baş tutub. Başqanımız Tahir Gözəl futbolçulara dəstək olmaq üçün Kopenhagenə gəlib və oyunöncəsi son məşqi stadiondan canlı izləyib.

Klubumuzun vitse-prezidenti Tahir Gözəl qarşılaşma haqda öz fikirlərini bölüşüb:

"Kopenhagen”lə oyunu nəinki “Qarabağ”, bütün Azərbaycan üçün ən önəmli qarşılaşma adlandırmaq olar. Hamımız qarşılaşmanın nə qədər vacib olduğunun fərqindəyik. "Qarabağ" Azərbaycan futbolunda bir sıra ilklərə imza atıb və həmin nailiyyətlərinin zirvəsindəyik. Sabah həmin ilklərə daha birini əlavə etmək istəyirik. Sabah 40 minlik stadion dolu olacaq, bu da "Qarabağ"ın gücünü, nə qədər ciddi rəqib olduğunu göstərir.

İnanırıq ki, zəfər bizim yanımızda olacaq. Komandaya dəstək olmaq üçün bura gəlmişəm, futbolçularımız və baş məşqçimizə inanıram".

BAKU.WS