İstanbulun "Beşiktaş" futbol klubu Azərbaycana gələcək.

Trend-in Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, "Beşiktaş" gələn ilin mart ayında milli çempionatlara veriləcək fasilə ilə əlaqədar olaraq Azərbaycanda yoldaşlıq oyunu keçirməyi planlaşdırır.

Qeyd olunur ki, ölkəmizdə bir və ya 2 yoldaşlıq görüşü keçirməklə bağlı razılıq əldə olunarsa, "qara qartallar" 3 günlük Azərbaycana gələcək.

Hazırda "Beşiktaş" rəhbərliyinin Azərbaycan tərəfi ilə danışıqlar apardığı bildirilir.

Bundan başqa, İstanbul klubu yaxın vaxtlarda Bakıda idman mağazası açmağı planlaşdırır.

BAKU.WS