SİZİN REKLAM BURADA!
055 213 76 73



Skandinaviya Türk Federasiyasından "Qarabağ” klubuna dəstək "Qarabağ” Futbol Klubunun Danimarkanın Kopenhagen şəhərində avqustun 23-də "Kopengahen” klubu ilə baş tutacaq oyununa soydaşlarımızın hazırlığı davam edir.

BAKU.WS-in məlumatına görə, bu günlərdə doğma klubumuza Skandinaviya Türk Federasiyası tərəfndən dəstək gəlib.
 
Federasiya başqanı, yazar İlhan Esen "Qarabağ” Futbol Klubunun Danimarkaya gələcəyi ilə bağlı xəbəri eşidən gündən ciddi hazırlaşdıqlarını bildirib:
 
"Doğma klubumuza dəstək üçün federasiya olaraq, Azərbaycan və Türkiyə bayraqları ilə meydanda olacağıq. Bununla bağlı üzvlərimiz məlumatlanıblar. Qarabağ özünü Türk hiss edən hər bir insanın ürəyindəki yaradır. Ora sadəcə Azərbaycanın deyil, Türk dünyasının gerçək yurdudur. O səbəbdən də, "Qarabağ” klubu bizim mənəvi və milli bir simvolumuzdur. Həm də Qarabağın azadlığı üçün meydanda "Qarabağ”a dəstək verəcəyik”.
 
Federasiya başqanı heç bir zaman Qarabağın işğalı ilə barışmadıqlarını qeyd edib.
 
"Skandinaviyada Qarabağ həqiqətlərinin çatdırılmasına çalışırıq. Bu milli vəzifəmizdir. Qarabağ bizim üçün müqəddəs əmanətdir”, - deyə I.Esen bildirib.
 
Elnur Eltürk
BAKU.WS