055 213 76 73
"Qarabağ” klubunun Çempionlar Liqasının play-off mərhələsində rəqibi olan Danimarkanın "Kopenhagen” klubunun son matçında dava düşüb.
BAKU.WS-in məlumatına görə, kütləvi dava Danimarka Super Liqasında IV turun mərkəzi oyununda baş verib.
Belə ki, "Kopenhagen”in azarkeşləri ilə polis və hakim-inspektor arasında düşən davada 4 nəfər xəsarət alıb.
Belə ki, "Bröndby” klubu rəqibin qapısına 90-cı dəqiqədə qol vurub və hər şey bundan sonra başlayıb. "Kopenhagen” azarkeşləri buna etiraz edərək stadiona axışıblar. Oyunda 20 dəqiqəlik fasilə yaranıb.
Polis qüvvələri çətinliklə azarkeşləri tribunaya qaytara bilib. Oyun "1:0” hesabı ilə "Bröndby” klubunun qələbəsi ilə başa çatıb.