"Qarabağ" Çempionlar Liqasının pley-off mərhələsindəki rəqibi məlum olub. 

BAKU.WS-in məlumatına görə, turnirdə mübarizəni davam etdirən Azərbaycan çempionu "Qarabağ”ın da rəqibi Danimarka klubu olacaq. 

Ağdam təmsilçisi qrup mərhələsi uğrunda mübarizədə "Kopenhagen" klubu ilə qarşılacaq. Qurban Qurbanovun komandası ilk oyununu Bakıda keçirəcək.

Qeyd edək ki, bu mərhələnin oyunları isə avqustun 15-16-da, cavab görüşləri isə 22-23-də keçiriləcək.
 
İman
BAKU.WS