SİZİN REKLAM BURADA!
055 213 76 73


 
UEFA Avropa Liqasının qrup mərhələsi çərçivəsində "Borussiya” (Dortmund, Almaniya) klubu Azərbaycana yol düşüb.
 
BAKU.WS xəbər veriri ki, bu barədə klubun rəsmi saytında məlumat qeyd edilib. Qonaq komandanın heyətində erməni futbolçu Henrix Mxitaryan yer almayıb. 
 
"Borussiya” klubu Mxitaryanın Bakıya gətirilməməsinin səbəbini onun səhhətindəki narahatlıqla əlaqələndiriblər. 
 
Türkiyə şirkətinə məxsus "TK 3303" təyyarəsi ilə Azərbaycana səfər edən "Borussiya” saat 17:00-da Heydər Əliyev adına Hava Limanına çatacaq. 
 
Qeyd edək ki, "Qəbələ" - "Borussiya" matçı oktyabrın 22-də "Bakcell Arena"da baş tutacaq. Matçın start fiti saat 20:00-da çalınacaq. 
 
ŞAHİN Həbibov
BAKU.WS