12,99%-dən ZAMİNSİZ, KOMİSSİYASIZ NAĞD KREDİT

 
Formula 1 üzrə Azərbaycan Qran-Prisində iki iddialı pilot - Luis Hemilton ("Mercedes”) və Sebastin Fettel ("Ferrari”) arasında münaqişə baş verib.

BAKU.WS-in Report-a istinadən məlumatına görə, buna son döngədə Hemiltonun əyləci basması səbəb olub.

Nəticədə Fettel bolidinin burnu ilə onun avtomobilini vurub. Dörd qat dünya çempionu bununla da kifayətlənməyərək, döngədən çıxan kimi rəqibinə çataraq, avtomobilini onun bolidinin təkərlərinə toxundurub.

Ən önəmli epizod isə 51 dövrəlik mübarizənin 31-ci dövrəsində yaşanıb. Hemiltonun bolidindəki başlığı təcili dəyişdirmək lazım gəlib. Fettel isə etdiyi hərəkətə görə 10 saniyə dayanma cəriməsi alıb. Nəticədə hər iki pilot ilk 3-lükdən geri qalıb. Əvəzində "Red Bull” pilotu Daniel Rikkardo liderliyə yüksəlib. "Mercedes” pilotu Valtteri Bottas ikinci, "Uilyams” pilotu Lens Stroll isə üçüncü yeri tutub.

Qeyd edək ki, Azərbaycan Qran Prisinin yekununda Sebastyan Fettel 3 balla cərimələnib. Bu, almaniyalı pilotun britaniyalı Lüis Hemiltonla münaqişəsi səbəbindən baş verib. Beləliklə, 4 qat dünya çempionu da 3 cərimə balı alsa, superlisenziyadan məhrum ediləcək. Geridə qalan 8 Qran Pridən sonra Fettel 153 xalla 1-ci, Hemilton 139 xalla 2-ci pillədə qərarlaşıb.  
 
BAKU.WS