VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
Dünyanın hazırki ən güclü kişi gimnastı olan Oleq Verniyayev "karatenin briliyantı" Rafael Ağayevi qələbəsi ilə bağlı təbrik edib.
 
BAKU.WS-in məlumatına görə, Ukraynadan olan gimnast öz Instagram hesabından təmsilçimiz Rafaeli qələbə münasibətilə təbrik edib və ona uğurlar arzulayıb. 
 
Qeyd edək ki, Oleq Verniyayev dünya çempionu, Avropanın dördqat çempionu, Avropa oyunlarının ikiqat çempionu, Rio-de-Janeyro 2016-nın qalibidir. 
 
Həmyerlimiz Rafael Ağayev karyerası ərzində 5 dəfə Dünya, 10 dəfə isə Avropa çempionu adını qazanıb. Karateçimiz həmçinin 2013-cü ildə keçirilən Dünya Oyunları və Dünya Döyüş Oyunlarında da qızıl medal qazanıb. O, Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarının isə qızıl medalçısıdır.

Şahin Həbibov
BAKU.WS